“Qarabağ”ın rəqibinin futbolçusu “Barselona”nın hədəfində

  • By admin
  • 19 Noyabr 2021 18:36

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Bazel”in futbolçusu Artur Kabral “Barselona”ya keçə bilər.

Gununsesi.info Qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı hücumçu ilə yaxından maraqlanır. Bunu klubun skautu Deku da təsdiqləyib.

“Barselona” Kabralı mövsümün sonunda 8 milyon avroya almaq şərti ilə qışda icarəyə götürə bilər. Kataloniya klubu hansısa oyunçunu satacağı və ya futbolçuların maaşlarını azaldacağı halda sözügedən transfer baş tuta bilər.

Artur Kabral 13 oyundan sonra 13 qolla İsveçrə çempionatının bombardiridir. O, təsnifat mərhələləri daxil olmaqla, bu mövsüm Konfrans Liqasında 10 qol vurub.
Qeyd edək ki, “Bazel” Konfrans Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”ın əsas rəqibidir.

Gununsesi.info