Qaxda dağlıq ərazi yanır

  • By Günel
  • 18 Mart 2025 20:32

Qaxda dağlıq ərazidə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, yanğın rayonun Böyük Qafqaz sıra dağlarının Ləkit-Kötüklü kəndi ərazisində başlayıb.

Yanğın yerinə Qax YMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğın təqribən 3 hektar ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Gununsesi.info