Qazaxıstanda zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 17 Fevral 2026 19:33

Qazaxıstanda 5 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 13 min əhalisi olan Turgen kəndindən 17 kilometr şərqdə yerləşib.

Yeraltı təkanlardan sonra dağıntı və tələfat barədə məlumat yoxdur.

Gununsesi.info