Qərbi Azərbaycanın mədəni irsi Ankarada təqdim olundu - FOTOLAR

  • By Admin2
  • 08 İyun 2026 12:16

4-5 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində bir sıra tədbirlər keçirilmişdir.

Gununsesi.info xəbər verir ki, QAİ-nin Qadınlar Şurasının Ankarada həyata keçirilmiş  layihə çərçivəsində növbəti tədbir Türkiyə Cumhurbaşkanlığı-Külluyəsindəki Millət kitabxanasında təşkil edilmiş görüş və kitab təqdimatı olmuşdur.

Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti möhtərəm Mehriban Əliyeva haqqında, eləcə də Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr edilmiş 30-a yaxın elmi, publisistik kitabların təqdimatı keçirilmişdir.

QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı tərəfindən dünyanın ən böyük üç kitabxanaları sırasında olan Millət Kitabxanasına Qərbi Azərbaycanın 1903-cü ildə Çar Rusiyası tərəfindən hazırlanmış hərbi topoqrafik xəritəsi təqdim edilmişdir.

Təqdimat mərasimində Kitabxananın direktoru Ayhan Tuğlu və Türkiyə Cumhurbaşkanının Başdanışmanı, Qarabağ problemləri ilə çoxsaylı elmi kitab və araşdırmaların müəllifi,əski millət vəkili, professor Seyit Sərtçəlik və digərləri də iştirak etmişdir.

Millət Kitabxanasında keçirilən təqdim mərasimində bir-birindən önəmli  olan kitablar haqqında QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili, layihənin  rəhbəri  Məlahət İbrahimqızı, QAİ-nin İdarə Heyətinin üzvü, ADPU-nin prorektoru, professor Mahirə Hüseynova tərəfindən ətraflı məlumat verilmişdir.

Millet kitabxanasında keçirilən təqdimat mərasimində QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili, nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı, QAİ-nin İdarə Heyətinin üzvü, ADPU-nin prorektoru, professor Mahirə Hüseynova, QAİ-nin Qadınlar Şurasının üzvü, beynəkxalq əlaqələr üztə kordinator, millət vəkili Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, millət vəkili Səbinə Salmanova, QAİ-nin Qadınlar Şurasının sədr müavini, ADPU-nin dekanı, dosent Könül Həsənova, QAİ-nin Ziyalılar Şurasının üzvü, ADU-nin kafedra müdiri və Qərbi Azərbaycan üzrə araşdırma mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, BDU-nin dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, milli geyim üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova və QAİ-nin Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva təmsil etmişdilər.

Bununla da Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən tədbirlər başa çatmışdır.

Gununsesi.info