Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandı

  • By admin
  • 29 Noyabr 2020 13:36

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Ariana Nyus” məlumat yayıb.

Bildirilib ki, komitənin əməkdaşı şənbə günü oğurlanıb və hazırda onun tapılması istiqamətində işlər aparılır.

Hələlik heç bir qruplaşma oğurluqla bağlı məsuliyyəti üzərinə götürməyib.

Gununsesi.info