Qobustan rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında 8 müraciət ünvanlandı - FOTOLAR

  • By admin
  • 24 Fevral 2023 19:36

“Səyyar qəbul otağı” həftənin cümə günü Qobustan rayonunda təşkil olunub. Aksiyada 8 müraciət ünvanlanıb.

Nüsrət Rəhimovla İldırım İsayevin timsalında daha 2 nəfərin istəyi qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.

Səslənən digər müraciətlərin məğzinə gəlincə, bunlar qeyri-yaşayış sahəsinin, həmçinin fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub.

“Açıq mikrofon” aksiyasında SOCAR “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

Gununsesi.info