Qonşu ölkədə koronavirusa yoluxanların sayı 970 mini keçib

  • Müəllif: admin
  • 26 Avqust 2020 14:11

Rusiyada son sutka ərzində daha 4676 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Gununsesi.info-nun Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 970 865 nəfərə çatıb.

Son sutka ərzində 115 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 683 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

 

 

Gununsesi.info