Qulu Məhərrəmli: Alen Simonyanın açıqlamaları yeni Ermənistanın konturlarını göstərir

  • Müəllif: Firuzə
  • 11 İyun 2026 11:38

Media eksperti Qulu Məhərrəmli Ermənistan parlamentinin sədri Alen Simonyan barədə maraqlı fikirlər səsləndirib.

Gununsesi.info -nun xəbərinə görə, Qulu Məhərrəmli bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan güclü komandaya malikdir və bu komandanın üzvlərinin çıxışları ölkədə formalaşan yeni siyasi xətt haqqında təsəvvür yaradır.

Onun sözlərinə görə, xüsusilə Alen Simonyanın müsahibə və bəyanatları diqqət çəkir:

“Hiss olunur ki, N.Paşinyanın yaxşı komandası var. Onlardan birinin – A.Simonyanın ağıllı bəyanat və müsahibələrini izlədikcə yeni Ermənistanın konturlarını görmək olur”.

Qulu Məhərrəmli xatırladıb ki, Alen Simonyan seçkilərdən sonra Rusiyanın Ermənistana mümkün təzyiqləri ilə bağlı suala cavab verərkən ölkəsinin müstəqilliyinin iqtisadi maraqlara qurban verilə bilməyəcəyini vurğulayıb.

Erməni siyasətçi həmin açıqlamasında bildirib:

“Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcəyik. Azadlığın qiyməti çiyələk, badımcan və ya xiyar ola bilməz”.

Media eksperti hesab edir ki, bu cür bəyanatlar Ermənistanın xarici siyasətdə daha müstəqil mövqe tutmağa çalışdığını və ölkədə formalaşan yeni siyasi yanaşmanın əlamətlərini göstərir.

Orxan
Gununsesi.info