“Əgər qumar borcunuz varsa, ödəməyə bilərsiniz”.
Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza hüquqşünas Şamil Paşayev danışıb.
“İstər virtual mühit olsun, istərsə də realda qanunsuz bir yerdə-borcunuz yaranıbsa, ödəməyə bilərsiniz. Sizdən istənilən pulun özü qanuni deyilsə, verməməyiniz heç bir hüquqi məsuliyyət yaratmır”,- deyə o, bildirib.
Afət
Gununsesi.info












