Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi

Sərhədlərin açılması məsələsinə bir daha baxılsın.

Gununsesi.infonun məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Azərbaycanda ictimai və dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur:

“Heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Ona görə də sərhədlər açılmalıdır ki, Gürcüstandakı və İrandakı azərbaycanlılar öz vətənlərinə rahat gələ bilsinlər”.

Gununsesi.info