Rəşid Mahmudov vətəndaşlara ÇAĞIRIŞ ETDİ

  • By admin
  • 09 Avqust 2021 17:47

Son dövrdə Azərbaycanda youxma və bununla bağlı ölüm hallarının artmaqdadır. Daha dəqiq ifadə etsək, iki həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu günlərdə 1200 civarındadır.

Dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVİD-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunması Azərbaycanda da koronavirusun yeni dalğasının və Britaniya ştammına yoluxmanı qaçılmaz edə bilər. Ən azından mütəxəssislər belə düşünür.

Gununsesi.info xəbər verir ki, tibb elmləri namizədi Rəşid Mahmudov Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycan əhalisi yeni koronavirus dalğasından qorunmaq üçün sürətlə vaksinasiyadan keçməlidir:

“Ən yaxşı vaksinlərdən biri də Çin istehsalı olan peyvəndlərdir. Vətəndaşlarımız vaksinasiyadan qorxub çəkinməməlidirlər. Mütləq vaksin olunmalıdırlar. O zaman yeni dalğanın ölkəmizdə yayılmasından sığortalana bilərik. Hətta yayılsa belə, bu mutasiya olunmuş virusdur, təsiri əvvəlki kimi böyük olmayacaq. Ən əsası xalq olaraq hamılıqla vaksin vurdurmalıyıq. Nümunə olaraq İsraili götürməliyik. On gün içərisində bütün əhali peyvənd olundu. Çox gözəl nəticə əldə etdilər. Bizdə də müxtəlif növ vaksinlər var. İnsanlar sadəcə vaksindən qorxmamalıdırlar. Öz sağlamlıqları haqqında düşünməlidirlər. Qapanmadansa, vaksinasiya prosesini sürətləndirmək lazımdır. Bu, mənim şəxsi düşüncəmdir. Mən insanlara səslənirəm ki, mütləq vaksin vurdursunlar. Əks halda bunun ciddi mənfi nəticələri ola bilər. Qonşularımızda yeni növ virus yayılıbsa, bizdə də yayılması mümkündür”.