Xankəndi susuzluqdan əziyyət çəkir: Sakinlər şəhəri tərk edir

  • By admin
  • 09 Avqust 2021 17:51

Dağlıq Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsində su qıtlığı yaşanır. 

Gununsesi.info xəbər verir ki, Xankəndi şəhəri son illərin ən ciddi susuzluq problemi ilə üzləşib.

Məsələ ilə bağlı açıqlama verən yerli “administrasiya”nın nümayəndəsi Radik Abramyan su probleminin Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı olmadığını deyib.

“Qəribalı kəndi yaxınlığındakı damba neytral ərazidə yerləşir. Onun təmir olunması prpoblem yarada bilər amma sülhməramlıların iştirakı ilə bu prosesi həyata keçirə bilərik. Su qıtlığı isə yayın həddən artıq isti keçməsi ilə bağlıdır”.

Hazırda Xankəndidə su fasilələrlə verilir və insanlardan sudan qənaətlə istifadə olunması tələb edilir. Ərazidə yeni artezian quyularının qazılması planlaşdırılır.

Kritik vəziyyətlə bağlı Xankəndidə yaşayan erməni ailələri Ermənistana köçür.

Gununsesi.info