Respublikaçılar Trampa təzyiqləri artırıblar

ABŞ-da respublikaçı senatorlar prezident Donald Trampı Rusiyaya qarşı sərt addımlar atmağa çağırırlar.

Gununsesi.info CNN-ə istinadən məlumatına görə, senator Tom Tillis Moskvanın Vaşinqtonu “piano kimi çaldığını” deyib və Putinin Qərbi zəiflətməyə çalışdığını vurğulayıb.

O, Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını və Polşanın hava məkanının dronlarla pozulmasını xatırladaraq, Kremlin sülhdə maraqlı olmadığını bildirib. Tillisin sözlərinə görə, artıq iki partiyanın dəstəklədiyi qanun layihəsi Senata çıxarılmalı və prezidentə Rusiyadan enerji idxalına 500%-ə qədər rüsum tətbiq etmək imkanı verilməlidir.

Senator Lindsey Graham da Trampa müraciət edərək, Konqresin sərt sanksiyalar qəbul etməyə hazır olduğunu açıqlayıb.

Senat çoxluğunun lideri Con Tun və Şimali Dakota senatoru Kevin Kramer isə Rusiyanın təxribatçı davranışına qarşı qanun layihəsinin tezliklə gündəmə gətirilməsinin vacibliyini qeyd ediblər.

 

 

Günay 

Gununsesi.info