Rusiya Baş nazirinin müavini koronavirusa yoluxdu

Rusiya Baş nazirinin müavini, prezidentin Uzaq Şərq üzrə nümayəndəsi Yuri Trutnev koronavirusa yoluxub.

Gununsesi.info  xəbər verir ki, hazırda Trutnevin vəziyyəti ilə bağlı məlumat verilmir.

Yaxın zamanda o, yenidən koronavirus testindən keçəcək.

COVİD-19-a yoluxan Trutnev distant rejimdə işini davam etdirəcək.

Gununsesi.info