Rusiya Dağlıq Qarabağda ermənilər üçün 250 binanı yenidən qurub

  • By admin
  • 02 Yanvar 2021 12:34

Rusiya Dağlıq Qarabağda ermənilərin şəraitini yaxşılaşdəırmağa çalışır.

Gununsesi.org xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, Rusiya Xilasetmə Xidməti Dağlıq Qarabağda 250-dən çox binanı yenidən qurub.

 

“İndiyədək 1 yaşayış binası, 245 fərdi ev, iki “dövlət” binası, bir infrastruktur obyekti və iki sosial obyekt daxil olmaqla 251 bina yenidən qurulub” deyə bildirlib.

Nazirliyin məlumatına görə, Dağlıq Qarabağda 2600-dən çox binanın yenidən qurulmasına ehtiyac var. Hazırda 15 yaşayış binasının, 183 fərdi evin, iki hökumət binasının və iki sosial obyektin yenidən qurulması üzərində iş aparılır.