Rusiya Nikolayevə raket atdı: Ölən və yaralananlar var – VİDEO

Bu gün Ukraynanın Nikolayev şəhərinə endirilən raket zərbələrinin görüntüləri yayılıb.

İlkin məlumata görə, hava zərbələri nəticəsində dörd çoxmərtəbəli yaşayış binasına və bir infrastruktur obyektinə ziyan dəyib.

Nikolayev şəhər administrasiyasının məlumatına görə, şəhərin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralananlar arasında bir azyaşlı da var.

Gununsesi.info