“Rusiya öz imperialist yanaşması ilə düşmən yaradır” -Hikmət Babaoğlu

Son zamanlar Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlərin artması cəmiyyətimizdə ciddi narahatlıq doğurur və bu vəziyyəti həm milli, həm də dini zəmində ayrı-seçkiliyin, o cümlədən islamofobiyanın açıq təzahürü kimi qiymətləndirmək olar.

Görəsən, bu münasibət məqsədli və sistemli siyasətdən irəli gəlirmi?

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, necə ola bilər ki, Rusiya həm islamofobik mövqedən geri çəkilməli, həm də keçmiş Sovet məkanının yeni siyasi reallığını qəbul etməlidir:

“Necə ola bilər ki, Rusiya keçmiş Sovet məkanına daxil olan ölkələrlə eyni zamanda müxtəlif cür qarşıdurmalar aparsın: Ukrayna ilə bir formada, Cənubi Qafqazda başqa şəkildə, Moldova ilə fərqli, Qazaxıstanla isə başqa cür gərginlik yaratsın və nəticədə bütün bu qarşıdurmalar Rusiyanın özünün də əleyhinə şərait yaradacaqdır.”

Deputat əlavə edib ki, yeni iradəsi olan milli dövlətlər milli maraqlarını qorumaq və uzlaşdırmaq bacarığına sahib olmalıdırlar:

“Əks təqdirdə Rusiya özünü get-gedə daha da təcrid olunmuş vəziyyətə salacaq.

ABŞ-da paraflanan sazişlər regionda kommunikasiyaların açılmasını nəzərdə tutur. Halbuki, bu məsələni Rusiya reallaşdırmalı idi – ya etmədi, ya da edə bilmədi. Azərbaycan və bütövlükdə region bu prosesi 5 il boyunca gözlədi. Belə olan halda, bu gün 3+3 formatında əməkdaşlıq yenə də aktual görünür.

Rusiya isə imperialist eqosunu yenə də bilmir və keçmiş Sovet ölkələri ilə bərabərhüquqlu münasibətlər qurmaqda çətinlik çəkir. Bu, onun faciəsidir. Bu yanaşma ilə Rusiya öz ətrafında getdikcə daha çox düşmən yaradır.

Hətta 1990-cı illərdə rusiyalı filosof Aleksandr İsayeviç Soljenits maraqlı bir fikir səsləndirmişdi:  “Rusiya öz ətrafında düşmənlər yaratmaqla məşğuldur. Bu isə o qədər də ağıllı iş deyil””.

Şəbnəm Rəhimova

Gununsesi.info