Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son 24 saat ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin (USQ) istifadə etdiyi yanacaq, enerji və nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirib.
Gununsesi.info-nun xəbərinə görə, qeyd olunur ki, əməliyyat zamanı Rusiya qüvvələri döyüş təyyarələri, hücum dronları, raket qüvvələri və artilleriyadan istifadə edib.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələri 148 rayonda Ukraynanın uzaqmənzilli dronları üçün saxlama yerlərinə və yığma emalatxanalarına, eləcə də Ukrayna Silahlı Qüvvələrinin bölmələri və xarici muzdlular üçün müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirib.
Maqsud











