Rusiyada hərbi komissarlıqda yanğın

Rusiyada Tıva Respublikasında hərbi komissarlıqda yanğın baş verib.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, hadisə oktyabrın 25-i Kızıl şəhərində qeydə alınıb.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə gəldikdə hərbi komissarlığın binasının pəncərəsində yanğın qeydə alıb. Yanğının qarşısını almaq üçün 12 yanğınsöndürən və 3 texnika cəlb olunub.

Yanğının qəsdən törədildiyi ehtimal edilir. Belə ki, hadisə yerində şüşə qırıqları və yanacağa batırılmış parça aşkar olunub.

Gununsesi.info