Rusiyada koronavirusun “Qamma” variantı yayıldı

  • By admin
  • 22 İyul 2021 17:49

Rusiyada koronavirus infeksiyasının “Delta” kimi daha yoluxucu olan “Qamma” variantı yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfax” “Vekor” elmi mərkəzinə istinadən məlumat yayıb.

“Rusiya Federasiyası ərazisində “Delta” variantı geniş yayılıb və “Qamma” variantı da aşkarlanıb”, – deyə mərkəzdən bildirilib.

Qeyd olunur ki, “Qamma” və “Delta” daha çox yoluxucu olduğundan və anticisimlərin təsirini azalda bildiyindən “narahatlıq doğuran” kateqoriyasına aid edilib.