Rusiyada ölənlərin sayı 92 mini ötdü

  • By admin
  • 14 Mart 2021 18:25

Rusiyada son sutka ərzində 10 083 nəfərdə koronavirus aşkarlanıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informasiya portalında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 4 390 608-ə çatıb. Son sutkada 395 nəfərin həlak olması ilə virus qurbanlarının sayı 92 090-a yüksəlib.

Bundan əlavə, indiyədək 3 995 309 pasiyent sağalıb. Ölkədə 303 209 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Gununsesi.info