
Rusiyanın maliyyə naziri Anton Siluanov Rusiyada məhkəmə qərarları nəticəsində ələ keçirilən şirkətlər də daxil olmaqla geniş miqyaslı özəlləşdirmə prosesinə başlamaq istədiklərini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, paytaxt Moskvada keçirilən tədbirdə çıxış edən Siluanov inkişaf üçün yeni strategiyalar hazırlamalı olduqlarını bildirib.
Keçən il səmərəsiz aktivləri müəyyən etmək üçün araşdırma apardıqlarını ifadə edən Siluanov, “Bizim fikrimizcə, özəlləşdirmə məsələsini 2025-ci ildə gündəmə gətirmək üçün əlverişli zamandır” deyib.
Məhkəmə qərarı ilə həbs edilən şirkətlər haqqında danışan Siluanov, “Bu şirkətlərin satışından təxminən 100 milyard rubl (təxminən 1,2 milyard dollar) gəlir əldə etməyi hədəfləyirik” ifadəsini işlətdi.
Rusiyada sanksiyalara cavab olaraq Danone və Carlsberg kimi Qərb ölkələrinə məxsus şirkətlərə qəyyumlar təyin edilib.
Orxan