Rusiyanın İrandan aldığı daha 45 PUA MƏHV EDİLDİ

  • By admin
  • 01 Yanvar 2023 11:49

Yeni il gecəsi Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsusu 45 pilotsuz təyyarəni (PUA) məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.

“2023-cü il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə rus işğalçıları İran istehsalı olan “Shahed-131/136” kamikadze pilotsuz uçan aparatları ilə Ukraynaya hücum ediblər”, – məlumatda deyilir.

Qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin apardığı döyüş işi nəticəsində 45 hücum pilotsuz uçuş aparatı məhv edilib.

“Onlardan 13-ü 2022-ci ildə, 32-si 2023-cü ildə məhv edilib. Düşmən ukraynalıların bayramını korlaya bilmədi”, – xəbərdə qeyd olunur.

Məlumata görə, ruslar 2022-ci il dekabrın 31-də günortadan sonra Ukraynaya növbəti raket hücumu həyata keçirib.

Nikolayevə hücum nəticəsində 7 nəfər yaralanıb.

Partlayış səsləri Kiyevdə də eşidilib. Paytaxt meri Vitali Kliçko bildirib ki, Rusiyanın paytaxtdakı mülki obyektlərə hücumu nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. 14 nəfər xəstəxanaya yerləşdirilib, 6 həkim hadisə yerində yardım göstərib.

Gün ərzində baş verən kütləvi raket zərbəsindən sonra Rusiya Ukrayna ərazisinə kamikadze pilotsuz təyyarələri buraxıb. Dekabrın 31-i axşam saatlarında, Yeni ilə bir neçə saat qalmış Rusiya Federasiyası kamikadze pilotsuz təyyarələrlə Ukraynanın cənubuna hücum edib.

2023-cü il yanvarın 1-nə keçən gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib.

Gununsesi.info