Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

  • By Ayshan
  • 17 Noyabr 2025 21:30

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info