
Səudiyyə Ərəbistanında F15SA tipli döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində Səudiyyə şahzadəsi Talal bin Əbdüləziz bin Bəndər Al Səud da daxil olmaqla iki nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki Əl Maliki ölkənin qərbindəki Zəhran şəhərindəki Kral Əbdüləziz Hava Bazasında adi təlim missiyasını yerinə yetirən F15SA tipli döyüş təyyarəsinin qəzaya uğradığını açıqlayıb.
Təyyarənin 2 nəfərlik ekipajının həyatını itirdiyini bildirən Maliki qəza ilə bağlı istintaq başladıldığını qeyd edib.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, dünən yerli vaxtla saat 21.20-də Səudiyyə Ərəbistanı Kral Şurasının verdiyi açıqlamada şahzadə Talal bin Əbdüləziz bin Bəndər Al Səudun öldüyünü bildirilib.
Cənazə namazının bu gün paytaxt Ər-Riyaddakı İmam Türki bin Abdullah məscidində cümə namazından sonra qılınacağı açıqlanıb.
Gununsesi.info