Səfir: “Sizcə, ölkəmizi “Eurovision”da təmsil edə bilərdim?” - VİDEO

  • By admin
  • 16 Yanvar 2023 10:14

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld “Eurovision” haqqında maraqlı fikirlər bildirib.

Gununsesi.info xəbər verir ki, səfir bu barədə tviter səhifəsində paylaşım edib.

“May ayında Britaniya Ukraynanın adından “Eurovision”a ev sahibliyi edəcək. Sizcə ölkəmizi “Eurovision”da təmsil edə bilərdim? Kraliça pərəstişkarlarından üzr istəyirəm, amma məni dayandırmayın”, – deyə Auld yazıb.

Diplomat xizək sürdüyünü əks etdirən görüntüləri də paylaşıma əlavə edib.

Gununsesi.info