Ukrayna vilayətlərində həyəcan siqnalı verildi

  • By admin
  • 16 Yanvar 2023 10:32

Ukraynanın bir sıra vilayətlərində hava hücumu ilə bağlı həyəcan siqnalı verilib.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, Xarkov, Dnepropetrovsk və Poltava vilayətlərində, eləcə də Donetsk və Zaporojye vilayətlərinin rəsmi Kiyevin nəzarəti altında olan hissəsində həyəcan siqnalı eşidilib.

Rusiyanın aviazərbələri və raket hücumları ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gununsesi.info