Şəmkir sakini icra hakimiyyətinin qarşısında özünü yandırdı

Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.

Gununsesi.info  xəbər verir ki, Şəmkir rayonunun Yeni həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.

Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Gununsesi.info