Şəmkirdə avtomobil qəzası ölümlə nəticələndi

  • Müəllif: Firuzə
  • 08 Fevral 2026 23:58

Şəmkirdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.

Gununsesi.info  “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi “Tofaş” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində dünyasını dəyişib.

Sərnişinlər – Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info