Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb – FOTO/VİDEO

  • By admin
  • 26 Mart 2021 12:19

Şəmkir rayonu ərazisində oğurluq edən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunan Rövşən Nağıyev 2020-ci ilin aprel ayında Şəmkir rayonu ərazisindəki oyun zallarından birinə qeyri-qanuni yolla daxil olaraq oradan 800 manat dəyərində avadanlıq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Nağıyevin rayon ərazisində daha bir oğurluq etməsi aşkar edilib. Belə ki o, mart ayının 21-də tanışı Samir Mehdiyevlə əvvəlcədən planlaşdıraraq, inzibati binalardan birinə daxil olaraq oradan 1ədəd kompüteri oğurlayıblar.

Bundan başqa R.Nağıyev saxlnaılan zaman onun üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 46,6 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırma aparılır.

Gununsesi.info