“Sən necə, davam edirsən, hamını vurursan?” – Prezident

  • Müəllif: Ayshan
  • 26 Dekabr 2025 19:28

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.

Gununsesi.info-nun məlumatına görə, görüş zamanı tanınmış kikboksçu, dünya və Avropa çempionu Eduard Məmmədovla dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.

Prezident İlham Əliyev: Sən necə, davam edirsən? Hamını vurursan?

Eduard Məmmədov: Bəli.

Prezident İlham Əliyev: Artıq neçə ildir ki, vurursan?

Eduard Məmmədov: Otuzdan çox. (gülür)

Prezident İlham Əliyev: Sən dəyişmirsən.

Gununsesi.info