Şərur və Sədərəyin inzibati ərazi bölgüsündə dəyişikliklər edildi

  • By admin
  • 13 Mart 2021 18:52

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Gununsesi.info xəbər verir ki, Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasənŞərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.

Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilib.

Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.

Gununsesi.info