Səudiyyə kralı və şahzadəsi orqan donorları oldular

  • By admin
  • 13 May 2021 08:19

Səudiyyə Ərəbistanı kralı, 86 yaşlı Salman bin Əbdüləziz və onun oğlu, şahzadə Məhəmməd bin Salman orqan donorları proqramında qeydiyyatdan keçiblər.

Bu barədə yerli SPA xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, bu addım krallığın bütün təbəələri və ölkədə yaşayan əcnəbi vətəndaşların müvafiq istiqamətdə həvəsləndirilməsi məqsədilə atılıb. Bildirilib ki, donor orqanları həyatı transplantasiyadan asılı olan insanlara yeni nəfəs verir.

Qeyd edək ki, Səudiyyə Transplantasiya Mərkəzi 1985-ci ildə yaradılmış Milli Böyrək Fondu əsasında formalaşdırılıb.

Gununsesi.info