Sabah bəzi rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

  • Müəllif: Firuzə
  • 14 May 2026 22:20

Daşkəsən, Qazax və Gədəbəy rayonlarının bəzi kənlərində qaz kəsiləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri, həmçinin aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar sabah saat 09:10-dan işlər yekunlaşanadək Daşkəsən şəhərinin, rayonun Alunitdağ, Mədənçilər, Yuxarı Daşkəsən qəsəbələrinin, Mollahəsənli kəndinin, eləcə də Qazax rayonunun Kosalar kəndinin və Gədəbəy şəhərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Gununsesi.info