Sabah görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq

  • Müəllif: Firuzə
  • 29 Noyabr 2025 18:35

Azərbaycanda noyabrın 30-da avtomobil yollarında gözləniləcək vəziyyət açıqlanıb.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

 

Gununsesi.info