Sabah Hadrut və Xocalının Badara kəndinə ilk köç olacaq

Xocavənd rayonunun Hadrut qəsəbəsinə “Böyük Qayıdış” başlayır.

Gununsesi.info-nun məlumatına görə, sabah qəsəbəyə ilk köç yola salınacaq.

Əsasən respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr qəsəbəyə köçürüləcək.

Xatırladaq ki, Hadrut qəsəbəsi 8 oktyabr 2020-ci ildə işğaldan azad edilib.

 

Gununsesi.info