Sabah Xırdalanda işıq olmayacaq

  • By ilhame
  • 29 Mart 2024 22:56

Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Gununsesi.info-ya bu barədə “Azərişıq” ASC-dən bildirilib.

 

Qurum istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Gununsesi.info