Sabiq deputat Etibar Əliyev Prezidentin köməkçisi Hikmət Hacıyevin Almaniyada mühacir-bloger Tural Sadıqlı ilə baş tutan qısa dialoqunu şərh edib.
Gununsesi.info–nun xəbərinə görə, Etibar Əliyev bildirib ki, məntiq insanı yanlışlıqdan qoruyan və həqiqəti müəyyənləşdirməyə imkan verən əsas vasitədir.
Onun sözlərinə görə, məntiq dərk olunmayanı dərkolunanın köməyi ilə izah edir, həqiqətlə yalanı və onların fərqlərini ayırd etməyə kömək edir.
Sabiq deputat qeyd edib ki, Hikmət Hacıyev sözügedən dialoq zamanı soyuqqanlı davranışı və “polad məntiqi” ilə Tural Sadıqlını çətin vəziyyətdə qoyub.
Etibar Əliyev həqiqətin cəmiyyət üçün fundamental dəyər olduğunu vurğulayaraq bildirib ki, “həqiqətə inam insan həyatının radikal faktıdır və əgər biz həqiqəti amputasiya ediriksə, həyat illüziya və absurda qərq olur”.
O, həmçinin xaricdə yaşayan siyasi mühacirlərin əksəriyyətinin həqiqətdən uzaqlaşdığını iddia edib.
Elmar












