Şahmat üzrə Azərbaycan çempionatı: - Bu gün başlayır

  • By Günel
  • 10 Fevral 2025 09:20

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Gununsesi.info məlumatına görə, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.

Qadınlarda isə Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək.

Ötən gün tay-breykdə Teymur Rəcəbov Vüqar Əsədlini, Rauf Məmmədov Əhməd Əhmədzadəni üstələyib. Ş.Məmmədyarov və M.İskəndərov daha əvvəl yarımfinala vəsiqəni təmin ediblər.

Qadınlardan Günay Məmmədzadə tay-breykdə Səbinə İbrahimovaya, Gülnar Məmmədova Xanım Balacayevaya, Gövhər Beydullayeva isə Türkan Məmmədyarovaya qalib gəlib. Ü.Fətəliyeva daha əvvəl bu raundda iştirakını təmin edib.

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər
Şəhriyar Məmmədyarov – Misrətdin İskəndərov

Rauf Məmmədov – Teymur Rəcəbov

Qadınlar
Günay Məmmədzadə – Gülnar Məmmədov

Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Gununsesi.info