Şanlı Ukrayna ordusu rusları bu şəhərlərdən çıxardı

  • By admin
  • 01 Aprel 2022 15:37

Ukrayna ordusunun dirənişi və NATO-dan gələn müasir silahlardan istifadəsi Rusiyanın bu ölkəni işğal istəyinə mane oldu.

Gununsesi.info-nun xəbərinə görə, Ukrayna
Silahlı Qüvvələrinin  Baş Qərargahı bir sıra şəhərlərdən rusların təmizlənməsinə dair açıqlama yayıb.

Məlumata görə, şanlı Ukrayna Ordusu Kiyev vilayətinin Demidov, Dımer, Litvinovka, Qavrilovka, Kozaroviçi, Jovtnevoe, Qlubovka, Yasnoqorodka, Talakun, Suxoluçye, Lipovka, Qavronşina, Makovişe, Nikolayevka və Xmelnaya, Çerniqov vilayətində isə Rudnya, Şevçenkovo, Bobrik, Staraya Basan, Novaya Basan, Makeevka, Poqrebı, Bajanovka, Vladimirovka, Şnyakovka, Salnoe, Sofievka və Qavrilovka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.

 

Gununsesi.info