“Saray iki yatırımımıza mane oldu” – İmamoğlu

  • By admin
  • 18 Yanvar 2023 16:06

Türkiyənin İsatanbul şəhərinin Böyük Şəhər Bələdiyyəsinin tanınmış başçısı Əkrəm İmamoğlu metro tikintisi ilə bağlı açıqlama verib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sefaköy-Beylikdüzü-TÜYAP metrosunun inşaatı və 300 metro qatarının alımı üçün hazırlıqlarını söyləyən İmamoğlu bunların 2023-cü il üçün Prezident Administrasiyası tərəfindən yatırım proqramında hər iki proyektə icazə verilməməsini vurğulayıb.

Siyasətçi buna etirazını bildirərək açıqlayıb ki, hökumət tapdıqları sponsor işini istifadəsiz hala gətirib.

İzmir şəhərinin Bələdiyyə Başçısı Tunc Soyer də, hökumətin İzmir şəhərindəki Halkapınar-Avtobus dayanacağı adlı metro üçün 2023-cü ildə 3 min TL ayırdığını söyləyərək buna etiraz etmişdi.

 

 

2023-cü il Yatırım Proqramının qəbuluna dair Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı “Resmi Gazete”də dərc edilərkən 8 milyard 136 milyon 791 min TL dəyəri ilan İzmirdəki metro proyekti üçün 3 min TL maliyyə ayrılmışdı.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info