Saraylar, yaxtalar, üzüm bağları… - Putinin “qızıl ehtiyatları” tapıldı

Xarici mətbuat Rusiya prezidenti Vladimir Putinlə əlaqəli 4,5 milyard dollarlıq aktivləri ehtiva edən ehtimal “şəbəkə” üzə çıxarıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Qəzetin məlumatına görə, dostları və bir sıra oliqarxlar tərəfindən Vladimir Putinə verilən saraylar, yaxtalar və üzüm bağları indi 4,5 milyard dollardan (3,7 milyard funt sterlinq) artıq aktivi olan qeyri-rəsmi “şəbəkə” ilə əlaqələndirilə bilər.

Məlumata görə, Rusiya prezidenti tərəfindən istifadə edildiyi bildirilən obyektlərin sənədlərdə fiziki şəxslərə, şirkətlərə və xeyriyyə təşkilatlarına məxsus olduğu güman edilir.

Bu siyahıya 1 milyard funt sterlinq dəyərində olan saray, Gelendjik sarayının ətrafında hektarlarla üzüm bağları, Leninqrad vilayətində “İqora” xizək kurortu, Sankt-Peterburqun şimalında villa, Sankt-Peterburqun şimalında “Balıqçı daxması” kimi tanınan taxta tikili, iri pul depozitlərinin daxil olduğu bildirilir.

Gununsesi.info