Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu

  • Müəllif: Firuzə
  • 06 Noyabr 2025 17:15

Korrupsiyaya qarşı Mübarizə Komitəsi 2019-cu ildə baş verən hadisəyə görə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ölkəni tərk etməsini məhdudlaşdırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Sarkisyanının rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

O qeyd edib ki, Sarkisyan bu gündən etibarən sanksiya altındadır.

Sanksiya qərarı altı il əvvələ aid materiallar əsasında açılmış yeni cinayət işi əsasında çıxarılıb.

 

Gununsesi.info