“Seriallarımız cılızdır, çəkilmirəm”

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib.

Gununsesi.info xəbər verir ki, aktrisa bu haqda “Danışır radio” proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:

“Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bunu çox xoş qəbul edirdim. Deyirdim ki, gör məni nə qədər çox istəyirlər. O “tərəzi” məsələsi… Tənqidi çox gözəl qəbul edirəm. Son zamanlar çəkilən seriallar bir-birinə çox oxşayır. Orada çəkilən eyni aktyorlar, simalardır. Mən seriallarla ümumiyyətlə işlərimi bitirmişəm. O vaxt o seriala çəkilərəm ki, tarixi bir əsər, ciddi çəkiliş olsun, yoxsa nəyinsə xatirinə istəmirəm. Son zamanlar çəkilən seriallar mənə cılız gəlir. Yerli serialları izləmirəm, baxmıram və mənə maraqlı deyil”.

 

 

Gununsesi.info