Sertifikasiyada 6 müəllim 60 bal TOPLADI

  • Müəllif: Firuzə
  • 04 May 2026 09:56

Naxçıvan Muxtar Respublikasında sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanının ilk gününün nəticələri məlum olub.

Gununsesi.info  “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, imtahanda iştirak edən 753 təhsilverəndən 352-si, yəni 46,7 faizi 51–60 bal aralığında nəticə göstərib. Bu göstərici müəllimlərin əhəmiyyətli hissəsinin yüksək nəticə əldə etdiyini göstərir.

Ümumilikdə, imtahana cəlb olunan 760 müəllimdən 753-ü iştirak edib ki, bu da 99 faiz iştirak göstəricisi deməkdir.

Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində 6 namizəd maksimum nəticə — 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.

Məlumat üçün bildirək ki, bu gün riyaziyyat, kimya və biologiya fənləri üzrə 612 təhsilverənin test imtahanında iştirakı nəzərdə tutulur.

Gununsesi.info