Şimali Koreya parik ixracından milyonlarla dollar qazanır

  • By ilhame
  • 03 Fevral 2024 20:18

Koreya Xalq Demokratik Respublikası (KXDR) Çin məhsulları adı altında bütün dünyaya satılan süni kirpiklər və pariklər ixrac edərək milyonlarla dollar qazanır.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Reuters” gözəllik sənayesinin ekspertlərinə, həmçinin KXDR və Çinin gömrük orqanlarının məlumatlarına istinadən xəbər yayıb.

 

Belə ki, Şimali Koreya keçən il Çinə təxminən 167 milyon dollar dəyərində 1 680 ton süni kirpik, saqqal və parik ixrac edib.

 

Məsələn, 2019-cu ildə Şimali Koreya 31,1 milyon dollar dəyərində 1 829 ton məhsul ixrac edib.

 

Qeyd olunub ki, parik və süni kirpiklər ölkə ixracatının təxminən 60%-ni təşkil edib.

 

Agentlik qeyd edib ki, bu malların dünya miqyasında satışı KXDR-a mühüm xarici valyuta mənbəyi təmin etməklə beynəlxalq sanksiyalardan yan keçmək imkanı verir.

 

Gununsesi.info