Solovyov Paşinyanı ittiham edir -QARABAĞI O SATDI

  • By admin
  • 11 Aprel 2024 19:53

Rusiya Prezidenti Vladmir Putinin təbliğatçılarından biri olan telejurnalist, aparıcı Vladimir Solovyov Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edib.

Gununsesi.info bildirir ki, Solovyov növbəti televiziya çıxışında Paşinyanın Qarabağ üçün Rusiyadan dəstək istəmədiyini deyərək, onu Qarabağı satmaqda günahlandırıb.

Bizim gözümüzün önündə “Dağlıq Qarabağ”ı verdilər. Paşinyan bircə dəfə də demədi ki, “Dağlıq Qarabağ”ın statusu nədir? O, yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə dirəşib. Bu formulla çıxış etməklə o, ermənilərin haranı öz torpaqları hesab etdiklərini demir və Qarabağı satır. Erməni deputatları deyir ki, Rusiya bazası Ermənistanı müdafiə etmək üçün heç nə etmədi. Hansı Ermənistanı? Göstərin, hansı Ermənistanı? Ermənistan hakimiyyətinin Rusiyaya hərbi yardımla bağlı bircə rəsmi müraciətini göstərin. Rusiya ordusu barədə deyilənlərdən öncə, deyin görək, sizin ordu, Ermənistan ordusu hansı döyüşlərdə iştirak edib?”

 

Elmar

Gununsesi.info