SON DƏQİQƏ: Bakının mərkəzində məşhur ticarət mərkəzi yanır - FOTO/VİDEO (YENİLƏNİR)

  • By admin
  • 16 Oktyabr 2021 10:16

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər.

xxx

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

BNA ərazidə tıxacın yaranması barədə xəbərdarlıq edib.






Gununsesi.info