SON DƏQİQƏ: Bakının mərkəzində məşhur ticarət mərkəzi yanır - FOTO

  • By admin
  • 16 Oktyabr 2021 10:12

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

BNA ərazidə tıxacın yaranması barədə xəbərdarlıq edib.



Gununsesi.info