Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu

  • By Günel
  • 11 İyun 2025 14:14

Tarixin ən böyük gəmi qəzası sayılan və inanılmaz rəqəmlərin müzakirə edildiyi San Xose gəmisinin qəzaya uğraması iki ölkəni üz-üzə qoydu…

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dənizinin dərinliklərindən əldə edilən tarixi kəşf Kolumbiya ilə İspaniya arasında diplomatik gərginliyə səbəb olub.

1708-ci ildə batan və dəyərinin təxminən 17 milyard dollar olduğu təxmin edilən İspaniyanın “San Xose” hərbi gəmisinə aid olduğu təsdiqlənən qızıl sikkələr yenidən gündəmə gəlib.

Təxminən 27 qram ağırlığında olan bu sikkələrin 1700-cü illərdə Lima Sikkəxanasında zərb edildiyi bildirilir. Bəzi sikkələr dövrün metal təmizliyini yoxlamaq üçün istifadə edilən çəkic möhürləri ilə diqqəti çəkir.

Kolumbiya hökuməti bu qiymətsiz sikkələri gələcəkdə yaradılması planlaşdırılan milli dəniz muzeyində nümayiş etdirmək istədiyini açıqlayıb. Ancaq İspaniyadan yüksələn səslər bu plana etiraz edir… Madrid rəhbərliyi San Xosenin dövlət gəmisi olduğunu vurğulayır və batmış gəmidə tapılan bütün xəzinənin İspaniyaya aid olması lazım olduğunu müdafiə edir.

“San Xose” gəmisi 1708-ci ildə Britaniya donanması ilə münaqişə zamanı Karib dənizi sahillərində batmışdı. Tonlarla qızıl, gümüş və qiymətli daş daşıdığı bilinən gəmi “dünyanın ən zəngin gəmisi” hesab edilir. 2015-ci ildə qəzaya uğrayan gəmi aşkar edildikdən sonra onun içində olan xəzinələr həm arxeoloji, həm də hüquqi müzakirələrin diqqət mərkəzində olub.

Günel Həsənova

Gununsesi.info